Jurnal Logosu

FİLOLOGİYA VƏ PEDAQOGİKA:
ELMİ ARAŞDIRMALAR

Beynəlxalq Elmi Jurnal

MƏQALƏ TƏQDİMATI QAYDALARI

“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalı əhatə etdiyi elmi istiqamətlər üzrə bilikləri inkişaf etdirən yüksək keyfiyyətli tədqiqatların dərc olunmasına riayət edən, məqalələri nüfuzlu yerli və beynəlxalq ekspertlər tərəfindən nəzərdən keçirilən, açıq girişli elmi-metodiki jurnaldır.

Müəllif məqaləni Redaksiya heyəti tərəfindən müəyyənləşdirilmiş beynəlxalq qaydalara uyğun şəkildə tərtib edərək philologyandpedagogy@mail.ru ünvanına göndərməlidirlər.

Jurnal Azərbaycan, ingilis, türk və rus dillərində məqalə qəbul edir.

Jurnalda çap edilən məqalələr, konfrans materialları və tezis topluları Rəqəmsal Obyekt İdentifikator (DOI) kodu ilə təmin edilir.

Ümumİ tələblər

Bütün əlyazmalar jurnalın elektron ünvanı vasitəsilə təqdim edilməlidir.Məqalələr aktual mövzularda olmalı, jurnalın məzmun və üslubuna uyğun akademik tələblərə cavab verməlidir. “Xülasə”, “Giriş”, məzmunu əks etdirən yarımbaşlıqlardan və “Nəticə”dən ibarət olmalıdır. “Giriş”də mövzunun aktuallığı əsaslandırılmalı, “Nəticə”də müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi və s. əksini tapmalıdır.

  • Əlyazmalar təqdim edildiyi dildə aydın yazılmalıdır. Məqalə xarici dildədirsə, korrektəsinə görə müəlliflər məsuliyyət daşıyırlar. Faylları Microsoft Word formatında (.doc və ya .docx), tək aralıqla, 1 düymlük haşiyələrlə təqdim edin.
  • məqalənin tam mətni Microsoft Word proqramında A4 formatda (210-297), Times New Roman əlifbasında, 12 pt. ölçü 1.15 intervalla yazılmalı, həcmi 5-13 səhifə olmalıdır;
  • Format: A4, həcmi 5-13 səhifə.
  • səhifə ölçüləri soldan, yuxarıdan və aşağıdan 25 mm, sağdan 20 mm olmalıdır; (məsələn, Times New Roman, ölçüsü 12).

Jurnala daxil olan məqalələr 3 bölmədə nəşr olunur:

  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Pedaqogika və metodika

Məqalələrin tərtib edilmə qaydaları

  • 1. Təqdim edilən məqalələr Azərbaycan Respublikasının Prezidenti yannda Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə cavab verməlidir:
  • − Məqalənin tam mətni Microsoft Word proqramında A4 formatda (210- 297), Times New Roman əlifbasında, 12 pt. ölçü 1.15 intervalla yazılmalı, həcmi 5-13 səhifə olmalıdır;
  • − səhifə ölçüləri soldan, yuxarıdan və aşağıdan 25 mm, sağdan 20 mm olmalıdır;
  • − Başlıq ortada qara və böyük hərflərlə yazılmalı, başlıqdan sonra müəllifin adı, ata adı, soyadı, elmi dərəcəsi, işlədiyi qurumun adı, ORCİD kodu və elektron poçt ünvanı yazılmalıdır.
  • − Xülasə (250-300 sözdən ibarət) və açar sözlər (5-7 söz) 3 dildə (məqalənin yazıldığı dil, rus və ingilis dili ) məqalənin məzmununa uyğun və bir-birinin eyni olmalıdır;
  • Xülasədə məqalənin qısa məzmunu və əsas nəticələri əhatə edilir.
  • Xülasədə “ bu məqalədə ... danışılır”, “ bu tədqiqatda ... bəhs edilir, göstərilir”, “tədqiqatın əsas məqsədi”, məqalə .... həsr olunmuşdur “, kimi fikirlər yer almamalıdır.
  • − İstinadlar məqalınin mövzusu ilə bağlı elmi mənbələrə əsaslanmalı, məqalənin içində [Hüseynova, 2020:171] verilməli, sonda əlifba ardıcıllığı ilə nömrələnməlidir.

2. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, metodik vəsait, konfrans yaxud simpozium materialı, məqalə, internet səhifəsi və s.) asılı olaraq nümunədə göstərilən kimi verilməlidir:

  • Ədəbiyyat siyahısı
  • Ədəbiyyat siyahısı əlifba srası ilə aşağıdakı qaydada verilir:
  • Kitab
  • Hüseynova, M. (2020). Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. – Bakı: ADPU nəşriyyatı.− 600 s.
  • Jurnal
  • Həsənova, K. (2026). Birinci Bakı Türkoloji Qurultayında linqvistik qənaət prinsipinin tipləri məsələsi / – Bakı: “Filologiya və pedaqogika: elmi araşdırmalar”. – c.2, № 6, – s.25-32.
  • Konfrans materialı
  • Əhmədov, B. (2010). Ədəbiyyat və repressiya: araşdırma və dəyərləndirmənin bəzi metodoloji problemləri // “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” Beynəlxalq elmi konfransın materialları. – Bakı: “Elm”. – s.447-465.

Internet:

  • UNESCO (2013). World Heritage list. http://whc.unesco.org/en/list